Modern.az

Deputatlığa namizəd olacaq junalistlər danışdılar

Deputatlığa namizəd olacaq junalistlər danışdılar

16 Avqust 2010, 12:40


Qarşıdan gələn parlament seçkilərində Parlament Jurnalistləri Birliyinin beş üzvü namizədliyini irəli sürəcək.  Artıq onlardan üçü məlumdur: “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, “Exspress” qəzetinin əməkdaşı Aqil Aslan və “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli.

Modern.az saytı hər üç jurnalistdən hansı dairəni seçdiklərini, niyə məhz oradan namizəd olmaq istədiklərini və seçkidəki şansları barədə soruşub.

Elşad Paşasoy:
“72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizədliyimi irəli sürəcəyəm. Bu dairənin yerləşdiyi ərazidə anadan olmuşam. Bu dairədə yaşayan adamların problemləri mənə yaxından tanışdı. Xüsusilə, bu dairədə su, yol problemləri var və ondan ciddi əziyyət çəkirlər. Məhz bu insanların problemlərinin həllinə kömək məqsədi ilə bu dairəni seçdim. Seçkidə qələbə qazanıb qazanmayacağım isə seçkinin gedişindən aslıdır. Ümid edirəm ki, Azərbaycan höküməti demokratik ənənələri əsas tutacaq, beynəlxalq imicinə zərbə vurmayacaq, demokratik seçki keçirəcək. Əks halda isə ciddi problemlərlə üzləşə bilər. Seçkiyə qatılıramsa, qələbə qazanacağıma əminəm”.

Aqil Aslan:
“97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dasirəsindən namizədliyimi irəli sürəcəyəm. Ona görə bu dairəni seçmişəm ki, bu dairədə qeydiyyatdayam. Bu dairənin  80 faizi Goranboy rayonunun payına düşür. Üç qonşu kənd Tərtərə, daha bir neçəsi isə Ağdama aiddir. Goranboyda kifayət qədər qohum-əqrabam var. Bir jurnalist olaraq qohumum olmayan goranboylular da məni yaxşı tanıyırlar. Ağdamdan olan seçicilər isə yataqxanada, qaçqın şəhəriciklərində məskunlaşıblar, onlarla da ciddi əlaqəm var. Mənim siyasi partiya mənsubiyyətim yoxdur. İndiyə qədər jurnalist olaraq goranboyluların problemlərinin həllinə çalışmışam və müəyyən mənada buna nail olmuşam. Ona görə də qələbə qazanacağıma inanıram. Güclü təbliğat aparıb, rəqiblərimə qalib gələcəyimə inanıram. Jurnalist olaraq parlament təcrübəm də var. Hesab edirəm mənim deputat olmağım həm seçicilərə, həm də dövlətimizə xeyirli olar”.

Pərviz Həşimli:
“39 saylı Gəncə-Kəpəz Seçki Dairəsindən namizədliyimi irəli sürəcəyəm. Uzun illər mən həmin dairənin hududlarında yaşamışam. Eyni zamanda, müxtəlif vaxtlarda ayrı-ayrı mətbu orqanların Gəncə şəhəri üzrə bölgə müxbiri işləmişəm. Bu səbəbdən həmin dairənin adamları ilə həmişə təmasda olmuşam, problemlərinin həllinə çalışmışam. Ona görə də namizədliyimi bu dairədən verməyi qərara almışam. Qələbə qazanmağa iddialıyam. Çünki bu dairədən ümumi müxalifət düşərigəsinin vahid namizədi olacağam.

Mail AGAXANOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi