Modern.az

“Namizədliyimi niyə Qazaxdan verməliyəm, mən naxçıvanlıyam”

“Namizədliyimi niyə Qazaxdan verməliyəm, mən naxçıvanlıyam”

16 Avqust 2010, 15:03

Bəzi mətbuat orqanlarının məlumatına görə, 2 saylı Şərur Seçki Dairəsinin hazırki deputatı, Naxçıvan Dövlət Unuversitetinin rektoru İsa Həbibbəyli qarşıdan gələn parlament seçkilərində namizədliyini 107 saylı Qazax Seçki Dairəsindən irəli sürəcək.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün deputatın özü ilə əlaqə saxayıb. Saytımıza açıqlamasında İsa Həbibbəyli deyib ki, onun belə bir fikri yoxdur: “Mən namizədliyimi niyə Qazaxdan verməliyəm. Mən naxçıvanlıyam. Təbii ki, qarşıdan gələn parlament seçkilərində iştirak edəcəm. Ancaq Qazaxda yox. Qazaxın o qədər adamı var ki...
Ona görə də bu barədə söhbət gedə bilməz”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı