Modern.az

“Qarabağ məsələsi artıq Türkiyəni maraqlandırmır” – SƏBƏBLƏR

“Qarabağ məsələsi artıq Türkiyəni maraqlandırmır” – SƏBƏBLƏR

Aktual

2 Dekabr 2014, 13:47


Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirdi. Hər iki ölkənin prezidenti regional münaqişələrdən danışarkən diqqəti daha çox Suriya probleminə yönəltdilər. Amma nədənsə, Cənubi Qafqazda geopolitik, iqtisadi maraqları olan Rusiya və Türkiyə liderləri bu bölgənin əsas konflikt ocağı olan Dağlıq Qarabağ problemindən bir kəlmə də söz açmadılar.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına açıqlamasında Putin və Ərdoğanın Qarabağ probleminə diqqət ayırmamasını şərh edib. Ekspertin fikrincə, Türkiyə tərəfi Rusiya prezidenti ilə görüşdə sırf öz siyasi, iqtisadi maraqlarını önə çəkib. Qabil Hüseynli bildirib ki, Türkiyə üçün prioritet enerji maraqları üzərində cəmlənib və rəsmi Ankara Rusiya bazarlarına girməyi qarşısına məqsəd qoyub.

Keçmiş dövlət müşaviri hesab edir ki, Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiqi fonunda Türkiyənin NATO üzrə müttəfiqlərinin iradəsinin əksinə getməsi təəccüblüdür: “Türkiyə ABŞ başda olmaqla NATO müttəfiqlərinin mövqeyinə fikir verməyərək Rusiya üçün nəfəslik rolunu oynadı. Türkiyə Azərbaycanla qaz müqaviləsi imzalamasına baxmayaraq, Rusiyadan ikinci mavi qaz kəmərinin çəkilməsi haqqında razılığa gəldi. Yəni sırf iqtisadi konyukturaya uyaraq siyasi prosesləri arxa plana keçirdilər”.  

Politoloq qeyd edib ki, Rusiya liderinin Türkiyəyə səfərinin beynəlxalq bölməsində  Ərdoğanın və Putinin  dilindən daha çox Suriya, Fələstin probleminin qabardılması onların Qarabağ məsələsində o qədər də maraqlı olmadığının göstəricisidir: “Bu onu göstərdi ki, hər iki ölkə Qarabağ probleminə biganə yanaşır”.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir