Modern.az

Türkiyə-Ermənistan sərhəd qapıları niyə açılmasın?

Türkiyə-Ermənistan sərhəd qapıları niyə açılmasın?

Aktual

2 Dekabr 2014, 16:05

Türkiyənin nüfuzlu beyin mərkəzi Beynəlxalq Araşdırmalar Mərkəzinin (USAK) direktor müavini Prof. Dr. Kamer Kasım, Türkiyə-Ermənistan sərhədləri haqqında məqalə yazıb. Məqalədə deyilir:

Türkiyə-Ermənistan əlaqələri bəzən  müxtəlif platformalarda gündəmə daşınır və bu kontekstdə sərhəd qapısı müzakirələri aparılır. Düzü, sərhəd qapısının bağlanması Türkiyə-Ermənistan münasibətlərindəki mövzulardan sadəcə, biridir. Türkiyə Sovet İttifaqının dağılmasından sonra Ermənistanın müstəqilliyini tanımasına baxmayaraq, hər iki ölkə arasında normal diplomatik əlaqələr qurulmamışdır. Bunun səbəbləri Ermənistanın soyqırım iddialarının tanınmasını xarici siyasətinin məqsədlərindən biri olaraq qarşısına qoyması və həmçinin Türkiyənin ərazi bütövlüyünü açıq şəkildə tanımamasıdır. Dağlıq Qarabağ problemi və Azərbaycan torpaqlarında davam edən işğallar isə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına gətirib çıxarmışdır. Ermənistan Müstəqillik Bəyannaməsinin 11. maddəsində açıq şəkildə "Ermənistan Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il soyqırımının beynəlxalq arenada tanınması üçün edilen bütün cəhdləri dəstəkləyəcəkdir.” deyə bildirmişdir. Bundan əlavə Ermənistan Türkiyə ilə sərhədlərin müəyyən edildiyi Qars Anlaşmasıyla əlaqədar dəqiq ifadələr istifadə edir. Lakin buna baxmayaraq 1993-ci ildə Kəlbəcərin işğalına qədər iki ölkə arasındakı sərhəd açıq idi. Türkiyə, Ermənistanın işğal siyasətinə davam etdiyini və bu siyasətdə bir dəyişiklik etməyəcəyini anladığında sanksiya olaraq quru sərhədini bağlamışdır. Beləliklə, Türkiyə, torpaqları işğala məruz qalan Azərbaycana o dövrdəki şəraitə uyğun olaraq, verə biləcəyi dəstəyi göstərmişdir. Hərçənd Xocalı soyqırımından, erməni qüvvələrin Naxçıvana hücumuna qədər Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif hadisələr Türkiyədə ictimaiyyətdə Azərbaycana hərbi dəstək verilməsi çağırışlarına səbəb olmuş və bunu tələb edən nümayişlər təşkil edilib.

 Dağlıq Qarabağ problemində 1994-cü ildəki atəşkəsdən sonrakı müddətdə isə Türkiyə həll üçün diplomatik kanalların hərəkətə gətirilməsinə səy göstərdi. Ancaq problem həll olunmamaqla yanaşı, atəşkəs xəttində meydana çıxan qarşıdurmalarda alovlanma riski daşıyır. Bu vəziyyət Türkiyə-Ermənistan sərhədinin hələ də bağlı qalmasına gətirib çıxarmışdır.

Sərhədin açılması üçün ABŞ və Aİ-ın təkidlərinin səbəbləri

Ermənistanın Rusiyanın demək olar ki, heç bir etirazla qarşılaşmadan əsgər saxladığı bir ölkə olması və gedərək meydana çıxan Rusiya-Qərb əleyhdarlığından Rusiya fonunda yer alması ABŞ və Aİ-ni narahat edir. Hətta xüsusilə ABŞ-dakı diaspor da bu vəziyyətdən razı deyil. Bu nöqteyi-nəzərdən Türkiyə-Ermənistan sərhədinin açılması şərtilə, Ermənistanın Qərbə inteqrasiya ola biləcəyi və Rusiyadan asılılıqdan xilası irəli sürülür. Bu arqumentin fundamental zəifliyi isə Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyət səbəbiylə quru sərhədi açılsa belə, Türkiyə ilə ticarətdə əhəmiyyətli bir artımın olmayacağı və Rusiyanın Ermənistan iqtisadiyyatı daxilindəki enerji sektoru başda olmaqla, ağırlığının azalmayacağı bir həqiqətdir. Daha doğrusu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olma qərarı ilə bərabər Türkiyə-Ermənistan sərhədi açılsa Ermənistan üzərindəki Rusiya təsiri azalar yanaşması mənasını itirmişdir. Türkiyə-Ermənistan sərhədi açılsa, soyqırım iddiaları səbəbiylə çətin vəziyyətdə qalan, Türkiyə ilə əlaqələrin pozulmasını istəməyən bəzi rəhbərliklərin vəziyyəti yüngülləşər arqumenti da irəli sürülür. Bu da çox əsaslı bir yanaşma deyil. Çünki Türkiyə-Ermənistan sərhədi açılsa, hətta Türkiyə ilə Ermənistan müttəfiq olsalar belə, diaspora soyqırım iddiaları ilə bağlı fəaliyyətlərinə eyni şəkildə davam edəcəkdir. Mövzu Türkiyə-Ermənistan əlaqələrindən müstəqil bir şəkildə irəliləyir. Yenə də Türkiyə ilə Ermənistan arasında protokollar israrlı səylər nəticəsində imzalanmışdır. Protokollarda Dağlıq Qarabağ problemindən söz açılmaması ə qüvvəyə minməsindən etibarən 60 gün içində sərhədin açılacağının ifadə edilməsi Azərbaycanda narahatlığa səbəb olmuşdur. Protokollarda qeyd olunan tarix alt komissiyasının qurulması maddəsi də diasporanın Ermənistan rəhbərliyini tənqid etməsinə yol açmışdır. Protokolların qüvvəyə minməsi üçün Ermənistandakı qanunvericiliyə görə əvvəl Konstitusiya Məhkəməsinin Ermənistan Konstitusiyasına uyğun görməsi zəruri idi. Ermənistan Konstitusiya Mahkamesi protokolları Konstitusiyaya uyğun görməsinə baxmayaraq sərt şərh verdi. Məsələn, Ermənistan rəhbərliyi "soyqırımın" müzakirəyə açıq olduğunu qəbul etmir. Bu halda  tarix alt komissiyasının niyə qurulacağı sualı ortaya çıxır. Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan sərhədini da "keçid əməliyyatlarının aparılması məqsədiylə" tanıyır. Bu vəziyyət sərhədi tanımaqla bağlı qeyri-müəyyənlik və sual işarələri ortaya qoyur və protokolların mənasını itirir. Türkiye baxımından isə Dağlıq Qarabağ problemində Azərbaycan torpaqlarının işğalı səbəbiylə bağladığı sərhədi, problem həll olunmadan açması onsuz da, rasional olmayacaq.



Türkiyə Dağlıq Qarabağ problemi həll edilmədən sərhədin niyə açmamalıdır?

Türkiyə Ermənistanla sərhədini bağlamasının səbəbi ortadan qalxmadan sərhədi açmamalıdır. Dağlıq Qarabağ problemi həll edilmədən belə bir həmlə Azərbaycanla münasibətlərdə təsiri uzun illər davam edəcək təsirə yol açacaqdır. Bundan əlavə bölgə ölkələrində, Türkiyənin ən yaxın əlaqəsinin olduğu, strateji ortağı səviyyəsindəki bir ölkə üçün çox əhəmiyyətli bir mövzuda siyasi iradə göstərə bilmədiyi təəssüratına yol açacaqdır. Türkiyədən ən səlahiyyətli insanlardan problem həll edilmədən sərhədin açılmayacağının təsdiq edildiyi nəzərə alınarsa, ediləcək əksinə bir hamle Azərbaycanın xəyalların suya düşməsi ilə bərabər, Türkiyə üçün ciddi bir prestij itkisi olacaqdır.

Türkiyənin Ermənistan sərhədini Dağlıq Qarabağ problemi həll edilmədən açması həm etik baxımdan, həm də siyasi baxımından uyğun olmayacaq. Etik baxımdan Azərbaycan torpaqlarını işğal altında tutan, hələ üstəlik işğalı sona çatdırmaq mövzusunda bir iradəsi olmayıb, əksinə işğalı davamlı vəziyyətə gətirməyə çalışan Ermənistan ilə sərhədi açmaq problemli bir yanaşma olar. Bununla yanaşı, işğalın sona çatdırılmasını istəyən BMT qərarları vardır və tətbiqini gözləməkdədir. Real siyasi baxımdan isə Türkiyənin Ermənistan sərhədini açması  ilə əldə edə biləcəyi qazanc və buna qarşı itkilərinə baxdığımızda ortada ciddi bir uyğunsuzluk vardır. Ermənistan sərhədinin Dağlıq Qarabağ problemi həll edilmədən açılması Azərbaycan ilə əlaqələri zədələyər. Azərbaycan 103 milyard dollar GSMH olan və Star neft emal zavodu ilə Türkiyədə tək bir proyektə ən çox pul yatrıan ölkə mövqesindədir. İki ölkə arasında Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xətti ilə yanaşı, hələ də inşa edilən Azərbaycandan Gürcüstandan keçməklə Türkiyəyədək uzanan dəmiryolu layihəsi vardır. Bununla birlikdə boru xətti alış müqaviləsinin 14 Oktyabr 2014-cü edildiyi və 2020-ci ildə illik 16 milyard kub metrlik tutumda 2026-cı ildə 31 milyard kub metrə çıxarılması düşünülən TANAP layihəsi ilə Türkiyə ilə Azərbaycan arasında güclü bağlar meydana gəlmişdir. Bunlar nəzərə alaraq 20 milyard dollar GSMH olan, iqtisadiyyatı üzərində Rusiyanın söz sahibi olduğu və bir enerji qaynağı olmayan Ermənistanın Türkiyəyə təklif edəcəyi bir şey yoxdur.

Türkiyənin Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla sərhədini açması "soyqırım" iddiaları mövzusunda diasporanın siyasətinə  təsir etməyəcəyi üçün bu baxımdan da mənalı olmayacaq.

Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və xüsusilə sərhəd qapısının açılması üçün Türkiyədə lobbi işlər görənlərin ortaya qoyduğu rəqəmlər Ermənistanın iqtisadi həqiqətləri ilə uyğun gəlmir. Həmçinin Dağlıq Qarabağ probleminin Türkiyə-Ermənistan əlaqələrindən müstəqil olduğu arqumenti isə Türkiyənin niyə Ermənistan sərhədini bağladığı həqiqətini nəzərdən qaçırmaq mənasına gəlir. Ermənistanın işğalçı mövqeyini davam etdirməsini nəzərə almadan Ermənistanın Qərbə yaxınlaşacağı düşüncəsiylə əhəmiyyətli miqdarda maliyyə dəstək verən ölkələr isə Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasıyla, hələ kifayət qədər etiraf etməsələr də səhv etdiklərini dərk etmişlər. O ölkələrin vergi verən vətəndaşları işğalçı bir ölkəyə, siyasətini dəyişdirmədiyinə ya da dəyişdirəcəyini dair işarə vermədiyinə baxmayaraq verilən pulları sorgulamalıdırlar.

Dağlıq Qarabağ kimi regional sabitliyə ən əhəmiyyətli təhdid qaynağı olan problem həll edilmədiyi təqdirdə Qafqazda daimi sülh təmin edilə bilməyəcəyi kimi Türkiyə-Ermənistan əlaqələri də normallaşmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!