Modern.az

İyul son bir əsrin ən qızmar ayı oldu

İyul son bir əsrin ən qızmar ayı oldu

17 Avqust 2010, 09:50

Okean və Atmosfer Problemləri üzrə ABŞ Milli İdarəsinin alimləri belə qənaətə gəliblər ki, builki iyul meteomüşahidələrin bir əsrdən yuxarı tarixi ərzində ən qızmar aylardan biri olub.
Tədqiqatın nəticələrinə əsasən, iyulda dünyada orta aylıq temperatur bütövlükdə Selsi ilə müsbət 16,5 dərəcə təşkil edib. Həmin göstərici yalnız 1998-ci ildə daha yüksək olub. Yeri gəlmişkən, yanvar-iyul ayları dövründə orta temperatura görə son vaxtlaradək 1998-ci il lider idi. Həmin göstəriciyə görə 1998-ci ili geridə qoyan 2010-cu ilin ilk yeddi ayı ərzində orta temperatur 14,5 dərəcə təşkil edib ki, bunun da meteomüşahidələr tarixində hələlik analoqu yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı