Modern.az

Azrbaycan basketbolçuları Rumıniyadadırlar

Azrbaycan basketbolçuları Rumıniyadadırlar

İqtisadiyyat

17 Avqust 2010, 12:43


Avqustun 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycanın basketbol üzrə milli yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belarus yığması ilə qarşılaşıb. Oyun Azərbaycanın Belarus üzərində 83:79 hesabı ilə qələbəsilə yekunlaşıb. Zəfərdən sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov komandanın üzvlərini qəbul edərək, onları ikinci qələbə ilə təbrik edib və növbəti oyunda uğurlar arzulayıb.

“Azercell Telekom” MMC şirkətinin dəstəyi ilə Avropa çempionatında uğurla çıxış edən milli yığmamız avqustun 16-da Rumıniyaya yola düşüb. Səfər oyunu avqustun 17-da Bakı vaxtı ilə saat 21:00-da Timişoara şəhərində keçiriləcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir