Modern.az

Hindistanda dəhşətli cərrah səhvi - 60 nəfər kor oldu

Hindistanda dəhşətli cərrah səhvi - 60 nəfər kor oldu

5 Dekabr 2014, 13:33

Hindistanın Pəncab vilayətində mobil avtolmoloji klinikalarının birində keçirilən kütləvi əməliyyat faciə ilə nəticələnib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, uğursuz keçən əmliyyat ən azı 60 nəfərin görmə qabiliyyətini itirməsi ilə nəticələnib. Kataraktadan əziyyət çəkən insanlar üçün təşkil edilən əmliyyat qeyri-hökumət təşkilatlarından biri tərəfindən gerçəkləşdirilib. Amritsar şəhərinin rəsmi nümayəndəsi Ravi Bxaqat şəhər xəstəxanalarına görmə qabiliyyətini itirən 16 nəfərin daxil olduğunu, ümumilikdə isə 60 nəfərin həkim səhlənkarlığı nəticəsində zərər çəkdiyini bildirib.

Bxaqatın sözlərinə görə, bütün zərərçəkənlər görmə qabiliyyətlərini həmişəlik itiriblər. O, cərrahi əməliyyatların antisanitar şəratidə keçirildiyini də vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir