Modern.az

Prezidentlər Gömrük İttifaqı sammitinə hazırlığı müzakirə etdilər

Prezidentlər Gömrük İttifaqı sammitinə hazırlığı müzakirə etdilər

Dünya

5 Dekabr 2014, 22:08


Rusiya və Qazaxıstannın dövlət başçıları Vladimir Putinlə Nursultan Nazarbayev dekabrın axırında Moskvada keçiriləcək Gömrük İttifaqı sammitinə hazırlığı müzakirə ediblər. Modern.az Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, prezidentlər beynəlxalq və regional gündəlik məsələləri, eləcə də Ali Avrasiya İqtisadi Şurasının Moskvadakı iclasına hazırlığa da xüsusi önəm veriblər. İki ölkə rəhbərləri arasında telefon danışığının təşəbbüsçüsü Qazaxıstan tərəfi olub.

Ali Avrasiya İttifaqı Şurası – Rusiya, Qazaxıstan və Belarusun təmsil olunduğu Gömrük İttifaqının altmilli orqanıdır. Bu üç ölkə Ermənistanla birlikdə 2015-ci il yanvarın 1-də Avrasiya İqtisadi İttifaqı yaradacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?