Modern.az

“Çelsi”nin ilk məğlubiyyəti

“Çelsi”nin ilk məğlubiyyəti

6 Dekabr 2014, 21:40

İngiltərə Premyer-liqasının lideri Londonun “Çelsi” klubu bu gün 2014/2015-ci il mövsümündə ilk dəfə məğlub olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 15-ci turda Joze Maurinyonun komandası rəqib meydanında “Nyukasl”a 1:2 hesabı ilə uduzub. Qalib komandanın qollarını 58 və 79-cu dəqiqədə Sisse vurub. 83-cü dəqiqədə Didye Droqba hesab arasındakı fərqi azaltsa da, London klubu 82-ci dəqiqdə Stiven Teylorun qırmızı vərəqə alması ilə azlıqda qalan “Nyukasl”a məğlub olmaqdan qurtula bilməyib. Bu məğlubiyyətə baxmayaraq, “Çelsi” yenə 36 xalla liderdir. Bir oyun az keçirən “Mançester Siti” London klubundan 6 xal geridədir. “Nyukasl” bu qələbə sayəsində xallarının sayını 23-ə çatdırıb. Turnir cədvəlində 6-cı yerdə olan Londonun digər klubu “Arsenal”ın da 23 xalı var.


Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir