Modern.az

İlin sonunadək mobil telefonu olanların sayı 4,6 milyarda çatacaq

İlin sonunadək mobil telefonu olanların sayı  4,6 milyarda çatacaq

Təhsil

7 Oktyabr 2009, 10:54

2009-cu ilin sonuna kimi dünyada yaşayan 6,9 milyard əhalinin 4,6 milyardı mobil rabitə istifadəçisi olacaq. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2009-cu ildə rabitə xidmətlərinin istifadə səviyyəsinə dair proqnozlarına bildirilib.
İlin sonuna kimi dünyada mobil rabitə xidmətlərinin nüfuz səviyyəsi 67% olacaq. Mobil genişzolaqlı rabitə abunəçilərin sayının isə 600 milyon olacağı, bununla da internetə stasionar genişzolaqlı çıxış istifadəçilərinin sayını geridə qoyacağı gözlənilir. Mobil genişzolaqlı rabitənin nüfuz səviyyəsi (9,5%) stasionar genişzolaqlı çıxışın istifadə səviyyəsindən (7,1%) çox olacaq.
BTİ-nin məlumatına görə hazırda Yer kürəsi əhalisinin 25%-dən çoxu internetdən istifadə edir və istifadəçilərin sayı daim artır. Stasionar genişzolaqlı rabitə qoşulmalarının sayı cari ilin sonuna kimi 500 milyona çatacaq. 2004-cü ildə bu göstərici 150 milyon təşkil edirdi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir