Modern.az

Rusiya ABŞ-ı iki yol ayrıcında qoya bilər – ŞƏRH

Rusiya ABŞ-ı iki yol ayrıcında qoya bilər – ŞƏRH

Dünya

9 Dekabr 2014, 00:50

“Rusiyanın iqtisadiyyatı təbii ki, zəifləyir və yoldaş Putin uzun müddət populyar olaraq qala bilməz. Amma, bu o anlama gəlmir ki, Rusiya dağılacaq, Putin gedəcək və ruslar ağ günə çıxacaq”. Modern.az saytının məlumatına görə bunu “Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, politoloq  Razi Nurullayev ABŞ-Rusiya geopolitik mübarizəsini şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə sanksiyalar bir yandan Rusiyaya ciddi zərbə vursa da, digər tərəfdən Moskvaya imkan verdi ki, öz iqtisadi və siyasi boşluqlarını görsün.

Razi Nurullayevin fikrincə, Ruisya bu boşluqları doldurmaqla məşğuldur.  O qeyd edib ki, Rusiya prezidenti Vladimir  Putin indiki status-kvonu saxlamaqda israrlı deyil.    

“O, sonunda bir yol tapıb bir sıra Qərb siyastçilərinin saqqızını oğurlayacaq və bununla da sanksiyaların təsirini azaltmağa çalışacaq. Yalnız, ABŞ Rusiya siyasətində davamlı qərara malik ölkə kimi görünməkdədir. Amma, kim bilir dünyada hansı dəngələr pozula bilər? Rusiya bir oyun qurub onun idarəçisinə də çevrilə bilər. ABŞ-ı isə əməkdaşlığa cəlb edə bilər.

Məsələn, Suriya siyasətini dəyişə və ABŞ-ı iki yol ayrıcında qoya bilər. Putin Sakit okean Hövzəsi ölkələri ilə yeni strategiya hazırlamaqdadır. Bu isə ABŞ-ın siyasətinə tərs mütanasibdir. Hindistan ilə əməkdaşlığı ABŞ-ı da çətin duruma salır. Putin və Ərdoğanın birgə yürütdüyü siyasət də həm Rusiyanın, həm də Türkiyənin əlinə oynayır. Hər iki dövlətin ABŞ ilə çəkəcəyi haqq-hesab var. Göründüyü kimi, bizi qabaqda çox maraqlı hadisələr gözləyir”,-deyə Razi Nurullayev şərh edib.

Modern.az  


Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır