Modern.az

Ermənistanın baş nazirini susdurdular

Ermənistanın baş nazirini susdurdular

10 Dekabr 2014, 13:17


Beynəlxalq insan hüquqları günü ilə bağlı Ermənistan ombudsmanının bu gün təşkil etdiyi dəyirmi masada insident baş verib. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ermənistanın baş naziri Ovik Abramaynın, ABŞ, Avropa İttifaqı ölkələri səfirlərinin çıxışlarından sonra dəyirmi masanın aparıcısı, ombudsman Karen Andreasyan çıxış üçün sözü Rusiya-Ermənistan Universitetinin rektoru Armen Darbinyana verib. Bu zaman adını bildirməyən vətəndaş onun sözünü kəsərək bəyan edib ki, belə “şirin və hamar” müzakirələr hər gün insan hüquqlarının pozulduğu ölkədə yersizdir .

Bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları insidentin səbəbkarını sakitləşdiriblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi