Modern.az

Baş nazir: “Pul atışıb, restorana gedəcəyik”

Baş nazir: “Pul atışıb, restorana gedəcəyik”

10 Dekabr 2014, 16:26

Bu gün bır sıra Rusiya federal televiziya kanalının suallarını cavablandıran baş nazir Dmitri Medvedev dövlət orqanlarında Yeni il şənliklərinin büdcə pulu hesabına deyil, şənlik iştirakçılarının şəxsi vəsaitləri hesabına keçirilməli olduğunu deyib. O, Nazirlər Kabineti üzvlərinin məhz belə edəcyini bildirib: “Biz yəqin ki, hökumət üzvləri ilə pul atışıb restorana gedəcəyik”.

Nazirlərlə restorana getmək üçün pulu kimin toplayacağı ilə bağlı suala isə Medvedev  belə cavab verib: “Mən kassir deyiləm, amma fikirləşirəm ki, pul yığmağa kimsə tapılacaq”.

Rusiya hökumət başçısı dövlət məmurlarının və yüksək rütbəli hərbçilərin dövlət sirrinə aidiyyatı olmadığı halda xaricdə Yeni il istirahəti edə biləcəyini xatırladıb. O, bayramı Rusiyada keçirəcəyini deyib. 

Vüqar İsmayılov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı