Modern.az

Ukraynada vuruşan 300 çeçenin görüntüləri yayıldı - VİDEO

Ukraynada vuruşan 300 çeçenin görüntüləri yayıldı - VİDEO

Dünya

10 Dekabr 2014, 18:14

Rəsmi Kiyevə qarşı silahlı mübarizə aparan Şərqi Ukrayna separatçılarının sırasında çeçen döyüşçülərinin vuruşması ilə bağlı növbəti sübutlar ortaya çıxıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, jurmnalistlər Donetsk vilayətində təlim keçən və hərbi formalarında Çeçenistan bayrağı əks olunan silahlı batalyon barədə süjet çəkiblər. Jurnalistlərə açıqlama verən batalyon komandiri hazırda Donetskdə 300 çeçen döyüşçüsünün olduğunu və onların könüllü olaraq Ukraynaya gəldiklərini deyib. Bundan başqa, onların əksəriyyətinin xüsusi təyinatlı olduqları və 10-20 illik döyüş təcrübəsinə malik olduqları vurğulanıb.

Modern.az rusiyalı jurnalistlərin çəkdiyi çeçen batalyonunu görüntülərini təqdim edir.

 



Vüqar İsmayılov
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?