Modern.az

Əli Məsimliyə qarşı “qara piar” kampaniyası aparılır

Əli Məsimliyə qarşı “qara piar” kampaniyası aparılır

18 Avqust 2010, 16:31

Milli Məclisin üzvü Əli Məsimli parlament seçkilərində iştirak etmək qərarını verib. Bu barədə məlumatı Modern.az-a millət vəkili özü verib. Əli Məsimli  yenidən öz namizədliyini 113 saylı Şəki şəhər seçki dairəsindən  irəli sürəcək.

Ötən seçkiləri xatırladan millət vəkili əməkdaşımızla söhbətdə bildirib ki, 2005-ci ildə onun namizəd olduğu dairədə həm müxalifətin, həm də hakimiyyətin çoxlu namizədləri olub.

“Buna baxmayaraq qalib gəldim. O vaxtdan etibarən keçmiş həmkarlarım daim mənə qarşı “qara piar”dan istifadə ediblər. Mənim seçki prosesində iştirakımın guya elm sahəsində karyera qurmağıma kömək etdiyi barədə yalanlar uydururdular. Bu bədxahlara demək istəyirəm ki,  mən gənc vaxtlarımda öz elm karyeramı dayandırıb milli-azadlıq hərəkatına qoşulmuşam. Bütün sağlamlığımı bu yolda qoymuşam. O zaman bu adamlar  kol dibində gizlənmişdilər, ya da rus kəşfiyyatına işləyirdilər. Çalışaram mənə qarşı aparılan bu “qara piar”ı onların öz başına çırpım”-deyə Ə.Məsimli vurğulayıb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər