Modern.az

Diktatorların sevdiyi yeməklər...

Diktatorların sevdiyi yeməklər...

Dünya

11 Dekabr 2014, 12:51


Modern.az
saytı XX əsrin diktatorlarının sevdiyi yeməklər haqqında yazını təqdim edir:

Adolf Hitler  - Nasizmin lideri və dünya tarixini dəyişdirməyə cəhd edən fürer Adolf Hitlerin bəzi mənbələrdə vegeterian olduğu vurğulanır. Amma ətdən bacardığı qədər uzaq qaçmasına baxmayaraq, onun sevdiyi yeməklər arasında dil, ciyər və içi fıstıqla doldurulan göyərçin qızartmaları da olub.

İosif Stalin - əsasən gürcü şərabları və məzələrini çox sevirmiş. Ən çox yediyi yemək isə qoz və bibər sousu ilə toyuq qızartması olub. Qeyd edək ki, onun aşbazı Vladimir Putinin babası olub.

Muəmmər Qəddafi – Mərhum Liviya lideri italyan mətbəxini çox sevib. Bundan əlavə, tez-tez dəvə əti və südündən də istifadə edirmiş.

İdi Amin – Uqandanın vəhşi diktatoru bir gündə 40 portağal yeyirmiş. Diktator “fast-food”dan da tez-tez istifadə edib.

Benito Mussolini – italiyan mətbəxinin simvolu sayılan makaronu qəti xoşlamayıb. Yağ və limon suyu ilə qızardılmış sarımsaq İtaliya diktatorunun ən çox sevdiyi yemək olub.

Nikola Çauşesku  - Rumıniya diktatoru toyuq qızartmasını o qədər sevib ki, hətta onun ayaqlarını da ayrıca bişirtdirib yeyirmiş.

Səddam Hüseyn- İraq prezidentinin qidası üçün xüsusi dana və qoyunlar bəslənirmiş. Bununla yanaşı, o, şirniyyat və şokoladı da çox sevib.

Kim Yonq İl: Şimali Koreyanın sabiq diktatoru ən çox düyü yeməklərini sevib. O düyü dənələrinin eyni boyda olması üçün qadınlardan ibarət xüsusi qrup saxlayırmış.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər