Modern.az

Futbolun vətəni İngiltərə deyilmiş...

Futbolun vətəni İngiltərə deyilmiş...

18 Avqust 2010, 19:47

Futbolun İngiltərədə yaranmadığı sübut olunub. “Sabah” qəzetinin yayımladığı məlumata görə, futbolun vətəni heç də İngiltərədə deyilmiş.

Misirdə tapılan məzarlıqdakı bir daşın üstündə top oynayan adam əksi müəyyən olunub. Bu yazılı daş kitabənin 2500 il yaşı olduğu güman edilir.

Homerin “Odissey” əsərində də top haqqında yazılar var. Həmin yazılara görə, Orta Asiya türklərində futbolun tam bənzəri olan bir oyun varmış. Oyunda topa əl vurmadan ayaq və başla oynanılırmış, amma bu oyunu ən çox qızlar oynayırmış.

Mahmud Kaşğarinin də daxil olduğu bir çox tarixçilər türklərin “tepük” adlı oyununun olduğunu yazıblar. Bu oyunun qaydaları indiki futbolun qaydalarına oxşar imiş: əllə oynamaq olmaz, cəriməli hərəkətlər və aut kimi qayadalar.

Futbolun bütün tarixi boyu beləcə inkişaf etdiyi və bu günki halına XVII əsrdə İngiltərədə gəldiyi bildirilir. 1841-ci ildə İngiltərədə topun tam yumru olması qəbul olunub. 1848-ci ildə isə futbol qaydaları qəbul olunub və tələbələr arasında oynanılıb. 1857-ci ildə İngiltərədə dünyanın ilk futbol klubu “Sheffield” yaranıb. Beləcə İngiltərəni futbolun vətəni sayırlar.

Amma yuxarıdakı məlumatlardan göründüyü kimi, futbol İngiltərədən öncə başqa xalqlar tərəfindən yaranıb.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir