Modern.az

Üç dəfə dalbadal əkiz oğlanları doğulan qeyri-adi ailə

Üç dəfə dalbadal əkiz oğlanları doğulan qeyri-adi ailə

Dünya

12 Dekabr 2014, 13:18


Ermənistanın Tavuş vilayətinin İcevan şəhərində yaşayan Saakyanlar ailəsində nadir hadisə yaşanıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Naira və David Saakyan cütlüyünün 3-cü dəfə əkiz uşaqları dünyaya gəlib. Bundan əvvəlki iki doğuşda olduğu kimi, Naira Saakyan bu dəfə də əkiz oğlan uşaqları dünyaya gətirib.

Çoxuşaqlı ata olan David Saakayn 8 ildən çoxdur  evli olduqlarını deyib. Onun sözlərinə görə, ilk əkiz oğulları 2007-ci il fevralın 6-da dünyaya gəlib. İkinci dəfə onlar 2010-cu il noyabrın 27-də əkiz oğul sahibləri olublar. 2014-cü il dekabrın 11-də isə onlar 3-cü dəfə əkiz övlad xoşbəxtliyni yaşayıblar.

6 oğlu atası olan David “Həmrəylik” təşkilatının Tavuş vilayəti üzrə koordinatoru, həyat yoldaşı isə saç ustasıdır. 8 üzvü olan ailəni ən çox düşündürən isə ev problemlərinin həll olunmamasıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi