Modern.az

Çimərliklərdəki iaşə obyektlərini cərimələdilər

Çimərliklərdəki iaşə obyektlərini cərimələdilər

Təhsil

19 Avqust 2010, 13:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə Xəzər rayonu Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Reyd zamanı Xəzər rayonu Buzovna çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Gilavar” iaşə obyektinin iş icraçısı R.Osmanov, “Sahil” iaşə obyektinin iş icraçısı R.Rəhimov, “Titanik” iaşə obyektinin iş icraçısı M.Muxtarov, “Dostlar” iaşə obyektinin iş icraçısı R.Mahmudov və “Laçın” iaşə obyektinin iş icraçısı B.Paşayeva hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.

Buzovna çimərliyində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları C.Vəliyev və V.İmanov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimələniblər.

Şüvəlan çimərliyində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları S.Sultanov, N.Heydərov, M.Əliyev, A.Yusibov, V.Bəşirov, H.Əsgərov, Ə.Əliyev və S.Sultanov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.

Şüvəlan çimərliyində fəaliyyət göstərən “Azad-T” firmasına məxsus iaşə obyektində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 6500 manat məbləğində cərimə edilib.
Şüvəlan çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Yeni dalğa” iaşə obyektinin iş icraçısı M.Quliyev və “Delfin” iaşə obyektinin iş icraçısı N.Mahmudova hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.
Şüvəlan çimərliyində fəaliyyət göstərən “Robinzon” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Q.Qurbanov fiziki şəxs qismində inzibati qaydada 700 manat məbləğində cərimə edilib.

Mərdəkan çimərliyində fəaliyyət göstərən “Xəzri” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı E.Məmmədov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.
Mərdəkan çimərliyində fəaliyyət göstərən “Gilan Holdinq”ə məxsus ərazidə bərk məişət tullantılarının yığılaraq qalaqlanmasına görə C.Abdullayev vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib.

Zirə çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Z.Əliyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.
Zirə qəsəbəsinin cənub hissəsində bərk məişət tullantılarını “ZİL” markalı avtomaşın vasitəsilə çöllük sahəyə atdığına görə Ş.Mirzoyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!