Modern.az

Məşhur şair reanimasiyaya yerləşdirilib

Məşhur şair reanimasiyaya yerləşdirilib

Dünya

14 Dekabr 2014, 21:07



Tanınmış şair Yevgeni Yevtuşenko dekabrın 14-də Rostov Donda keçiriləcək yaradıcılıq gecəsində çıxış edə bilməyəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onu şəhərdəki xəstəxanalardan birinə yerləşdiriblər. 81 yaşlı şair, rejissor, publisist və aktyor dünən YUNESKO-nun himayəsi altında “Cəsarəti yadda saxlamaq!” adlı qala konsertdə iştirak edib. Dekabrın 14-də Yevtuşenkonun "Macəra kimi həyat” yaradıcılıq gecəsi keçirilməli idi. Bu gün səhər isə səhhətininin pisləşməsi səbəbindən onu Rostov Dondakı xəstəxanalardan birinə gətiriblər. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Yevgeni Yevtuşenkonun şeirləri dünyanın 70-dən çox dilinə çevrilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır