Modern.az

QHT-lər layihə gerçəkləşdirən zaman kadr qıtlığı ilə üzləşirlərmi?

QHT-lər layihə gerçəkləşdirən zaman kadr qıtlığı ilə üzləşirlərmi?

19 Avqust 2010, 15:35

Qeyri-hökumət təşkilatları tərəfindən gerşəkləşdiriliən layihələrin icrasında mütəxəssislərin rolu əvəzsizdir. Maraqlıdır, bizdə QHT-lər bu sarıdan problemlə üzləşmirlər ki?

“İnam” Pluralizm Mərkəzinin  rəhbəri  Vahid Qazi bildirir ki, butun lahiyələrin həyata keçirilməsində deyil, bəzi layihələr reallaşdırılan zanab kadr qıtlığı ilə üzləşirlər: “Bu da əsasən texniki məsələlərdə, informasiya-kominikasiya quruculuğunda, internet saytlarının yaradılmasında özünü göstəriri. Buna görə də məcbur oluruq ki, kənardan kadrlar dəvət edək.
Dil məsləsində də kadr çatışmazlığımız var, kənardan dilçiləri dəvət etməli oluruq. Mütəxəssisləri cəlb etmək isə çoxlu maliyyə tələb edir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, digər QHT-lər kimi onlar da bəzi məsələlərdə kadr qıtlığı ilə üzləşirlər: “Bu gün bu, çox ciddi problemdir. QHT işə cəlb etdiyi kadrı yaxşı maaşla təmin edə bilmədiyi üçün həmin kadr istənilən vaxt qovluğunu qoltuğuna vurub çıxıb gedə bilir. Həmin kadr başqa yerdə yüksək maaşlı iş tapırsa, ora gedir. Həm də QHT-lərdə çalışan işçilər bir növ rəhbərliyə tabe olmurlar. Kadrlar həm də özlərini sərbəst aparırlar”.

“Həyat” Beynəlxalq Humanitar Təşkilatın sədr müavini Azər Allahverənov deyir ki, digər QHT-lər kimi onlar da bəzi hallarda kadr problemi ilə üzləşirlər: “İkincisi, böyük lahiyələr həyata keçirən zaman 100-dən artıq əməkdaşımız olub. Bu sahədə problem layhiələrin gündən-günə azalması və insanların işsiz qalması ilə bağlıdır”.

Milli Qeyri-Hökümət Təşkilatlar Forumunun rəhbəri Rauf Zeyni: “Bu gün üçün elə bir kadr qıtlığı yoxdur. Çunki layihələrimiz planlaşdırılanda mümkün kadr potensialını nəzərə alırıq.
Biz indi daha müsir, daha yüksək səviyyədə beynəlxalq standartlara cavab verən kadrların yetişməsinə çalışırıq. Bu gün Azərbaycanda istənilən ictimai layihənin həyata keçirilməsi üçün kifayət qədər kadr potensialı var. Bu gün elə böyük formatda layihələr yoxdur bir kadr qıtlığı da olsun. İstənilən təşkilat digər təşkilatın kadr potensialından istifadə etmək imkanına malikdi. Biz daha professional, daha yüksək səviyyədə kadr potensialının yaranmasının tərəfdarıyıq”.  

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?