Modern.az

“Mətbuatda açıqlanan vahid siyahının hüquqi qüvvəsi yoxdur”

“Mətbuatda açıqlanan vahid siyahının hüquqi qüvvəsi yoxdur”

19 Avqust 2010, 15:46

““Demokrat” qəzetinin bugünkü sayında dərc edilən Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının parlament seçkiləri ilə bağlı razılaşdırılmış vahid namizədlər siyahısının heç bir hüquqi əsası yoxdur və bu siyahı daha çox jurnalist təxminlərinin məhsuludur”.

Bu sözləri Modern.az saytına Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı sözügedən məlumatı şərh edərkən bildirib. Onun sözlərinə görə, AXCP və Müsavat arasında bu mövzuda aparılan danışıqlar zamanı belə qərara gəlinib ki, vahid siyahı tam razılaşdırıldıqdan sonra bu sənəd açıqlansın. Buna qədər isə ortaya çıxan siyahıların heç bir hüquqi qüvvəsi yoxdur.
“Amma qeyd edim ki, siyahıda adı göstərilən namizədlər müəyyən qədər müzakirəyə çıxarılan şəxslərlə yaxındır”.

AXCP-Müsavat danışıqları bu həftə yekunalacaq və yekun siyahı elan ediləcək.

“Biz 80-dən artıq dairə üzrə razılaşdırılmış namizəd irəli sürmək fikrindəyik. Gələn həftə müzakirələr yekunlaşacaq. Razılıq əldə edilən dairələrdə vahid namizədlə iştirak edəcəyik, digərlərində isə partiyalar ayrı-ayrılıqda öz namizədlərini irəli sürəcəklər”-deyə A.Hacılı bildirib.

Amin Səfərli

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir