Modern.az

"Bərəkət" duzunun istehsalı və satışı dayandırılıb

"Bərəkət" duzunun istehsalı və satışı dayandırılıb

19 Avqust 2010, 15:51

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı üzərində Xırdalan şəhərində istehsal edildiyi göstərilən “Bərəkət” adlı yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.
Aparılmış araşdırmalar nəticəsində bu duzun Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 6 ünvanında Nizami Bəşirova məxsus istehsalat sahəsində istehsal olunduğu müəyyən edilmiş və duz istehsalının qanunauyğunluğu ilə bağlı yoxlama aparılıb.

Yoxlama zamanı anbarda olan hazır məhsuldan götürülmüş nümunələrin laborator müayinəsi zamanı kağız qablaşdırmada olan 900 qr-lıq “Bərəkət” adlı yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu, həmçinin yodlaşdırılmış xörək duzunun istehsalı və qablaşdırılması zamanı mənşəyi məlum olmayan duzdan və kağız paketlərdən istifadə edildiyi müəyyən edilib. 
Aşkar edilmiş pozuntularla əlaqədar, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 3,2 ton duzun satışının qadağan edilməsi və bu cür duzların ticarət şəbəkəsindən geri yığılması, habelə duz istehsalı və satışının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Nizami Bəşirova icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara xörək duzu alarkən diqqətli olmağı və Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 6 ünvanında Nizami Bəşirov tərəfindən istehsal olunan “Bərəkət” adlı duzları almamağı tövsiyə edir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı