Modern.az

Qadın məhkumlar ziyarət olunub

Qadın məhkumlar ziyarət olunub

19 Avqust 2010, 17:21

Bu gün Ədliyyə Nazirilyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatoru  Əliməmməd Nuriyev və üzvləri Elmari Məmişov,  Şahin Camalov,  Nazir Quliyev Penitensiar Xidmətin Uşaq Tərbiyə Müəssiəsində və  4 saylı Cəzaçəkmə Müəssisəsində (“Qadın kalonunda” ) monitorinq keçiriblər. Komitə üzvləri eyni zamanda məhbuslara hüquqi yardım gostəriblər.

İctimai Komitənin Mətbuat Xidmətindən Modern.az-a bildirlib ki, monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, idman və asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baş çəkərək vəziyyətlə tanış olmuşlar və məhkumlarla söhbət edərək fərdi qəbullar həyata keçiriblər.

Komitə üzvləri baş çəkməyə dair müvafiq rəy hazırlayıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?