Modern.az

Milli Qəhrəmandan xəbər var...

Milli Qəhrəmandan xəbər var...

19 Avqust 2010, 17:30

Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Şahin Tağiyev uzun illərdir ki, ölkəmizin hüdudlarından kənarda yaşayır.

Modern.az saytı keçmiş döyüşçünün hazırda harada yaşamasını öyrənmək üçün onun vaxtilə üzv olduğu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə əlaqə saxlayıb. QAT sədri bildirib ki, Milli Qəhrəman Şahin Tağıyev İsveçdə yaşayır:

"Onun məndə heç bir kordinatı yoxdur. Aradabir özü mənimlə əlaqə saxlayır. Ən çox internetdə, Facebook-da olur, hərdən orada salamlaşırıq. Dediyinə görə, heç bir məşğuliyyəti yoxdur. Bilirəm ki, səkkiz ildir İsveçdədir. Vətəndaşlıq alıb- almadığından da xəbərsizəm.

Ancaq oranın  pasportunu alıb, İsveç höküməti tərəfindən ona ev də verilib. Qarabağla bağlı təbliğat işləri aparır, internetdə də müəyyən adamlarla görüşür. Milli Qəhrəmanımızın səhhəti bir ara pisləşmişdi, gözündə problem yaranmışdı, əməliyyat olundu, indi bir qədər normallaşıb. İki il bundan qabaq Azərbaycana gəlmişdi, bir ay qaldı, sonra yenə də qayıdıb getdi. Onun bir sözü var “müharibə olan günün səhərisi mən Azərbaycandayam-cəbhə xəttində...”.

Modern.az    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir