Modern.az

Deputat partiya sədrləri Milli Məclisdə sıravi kimi tanınırlar

Deputat partiya sədrləri Milli Məclisdə sıravi kimi tanınırlar

19 Avqust 2010, 18:01

Milli Məclisin üzvü olan partiya sədrləri parlamentin rəsmi sənədlərində və “meclis.gov.az” saytında partiya rəhbərləri kimi təqdim olunmurlar. Modern.az saytının araşdırmaları nəticəsində bəlli olub ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Umid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “meclis.gov.az” saytındakı təqdimatda sadəcə olaraq partiya üzvü kimi göstərilib.

Məsələ ilə bağlı mövqeyini bildirən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Modern.az-a açıqlamasında bunu hüquqi prosedurla əlaqələndirib. Onun sözlərinə görə, Milli Məclisə seçilən siyasi partiya rəhbərlərinin tutduğu siyasi post əhəmiyyət daşımır: “Biz parlamentdə partiyanın təmsilçisi kimi çıxış edirik. Partiyada vəzifə bölgüsü orada rol oynamır”.  

Amin Səfərli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir