Modern.az

"Qarabağ" gözləmədiyimiz hesabla uduzdu

"Qarabağ" gözləmədiyimiz hesabla uduzdu

20 Avqust 2010, 10:20

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Bu yarışda ölkəmizi təmsil edən yeganə klubumuz – “Qarabağ” Almaniyada Dortmund şəhərini təmsil edən “Borussiya” ilə qarşılaşıb.

Lakin təəssüf ki, “Qarabağ” qrup mərhələsinin bir addımlığında Dortmund klubuyla ilk oyundan böyükhesablı məğlubiyyətə uğradı. Almanlar 4:0 hesablı inamlı qələbə qazandəlar. Qeyd edək ki, komandamız cavab oyununu avqustun 26-da Bakıda keçirəcək.

Oyundan sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

«Biz istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Rəqib çox güclüydü. Amma mən hesab edirəm ki, bu cür məğlubiyyətə layiq deyildik. Bizim futbolçular çox səhvlər buraxdılar və indi biz bunun üzərində işləməliyik» - deyən Q.Qurbanov cavab oyunu ilə bağlı da fikirlərini açıqlayıb: «Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, Avropa Liqasını başıuca tərk edək».
Q.Qurbanov həmçinin «Borussiya»nı qələbə münasibətilə təbrik edib və onlara gələcək matçlarda uğurlar arzulayıb.

Dortmundun «Borussiya» klubunun baş məşqçisi Yurgen Klopp «Qarabağ»la oyundan sonra keçirilən mətbuat konfransında bildirib: «Biz «Qarabağ»a ilk qolu vurmaq üçün çox cəhdlər göstərdik. Bundan sonra özümüzü daha yaxşı hiss etdik».
Baş məşqçinin sözlərinə görə, ikinci hissədə futbolçuları daha böyük xarakter nümayiş etdirməliydilər.
«Mənim üçün rəqibi hansı hesabla məğlub etməyin əhəmiyyəti yoxdur. Hesab edirəm ki, hakim bizim bir təmiz qolumuzu qeydə almadı. Eyni zamanda qeyd etməliyəm ki, «Qarabağ»ın da qol vurmaq üçün şansı oldu. Amma rəqib bundan istifadə edə bilmədi» - deyə Klopp bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi