Modern.az

Amerika prezidentliyinə yeni namizəd - Jeb Buş

Amerika prezidentliyinə yeni namizəd - Jeb Buş

Dünya

17 Dekabr 2014, 02:35

ABŞ prezidentliyinə yeni iddiaçı məlum olub. Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu, eks-prezident, ata Corc Buşun oğlu və digər sabiq prezident – oğul Corc Buşun qardaşı Jeb Buşdur. O, elan edib ki, ailəsi ilə məsləhətləşdikdən sonra prezident seçkilərində iştirak qərarını verib.

Respublikaçılar Partiyasının 61 yaşlı üzvü Jeb Buş Florida ştatının keçmiş qubernatorudur. Buş neomühafizəkar çərçivə içərisindəki Yeni Amerikan Əsri Proyektində aktiv olaraq yer alır. Bu proyektin məqsədi Amerikanın dünyada liderliyini və üstünlüyünü artırmaqdı.
Jeb Buş Amerikadakı yəhudi seçicilərdən əhəmiyyətli dəstək almaqdadır.

Xatırladaq ki, onun atası Corc Buş 1989-1993-cü illərdə, qardaşı Corc Buş isə 2001-2009-cu illərdə ABŞ prezident olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır