Modern.az

Rusiya prezidenti İrəvana gəlib

Rusiya prezidenti İrəvana gəlib

20 Avqust 2010, 10:35

Rusiya prezidenti Dmitri Medvedev Ermənistan paytaxtı İrəvana gəlib. "Zvartnots" beynəlxalq hava limanında onu Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan qarşılayıb. D.Medvedev İrəvana səfəri çərçivəsində həm Ermənistan rəsmiləri ilə ikitərəfli danışıqlar aparacaq, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak edəcək.

Səfəri zamanı Ermənistandakı Rusiya bazasının müddətinin uzadılması və onun funksiyalarının daha da dəqiqləşdirilməsi ilə bağlı yeni sənəd imzalanacağı gözlənilir. Sənəddə deyilir ki, bu baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də yerli qüvvələrlə birlikdə Ermənistanın təhlükəsizliyini təmin edəcək.

Bundan başqa Rusiya Ermənistanı müasir silah və hərbi texnikayla təmin eədəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir