Modern.az

Moskvada terror törədən çeçen 12 il sonra tutuldu

Moskvada terror törədən çeçen 12 il sonra tutuldu

17 Dekabr 2014, 12:08

Rusiya İstintaq komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsi 2002-ci ildə Dubrovkada yerləşən “Nord-Ost” teatrında törədilən terror aktının əsas təşkilatçılarından birini həbs edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həbs olunan 41 yaşlı Çeçenistan sakini Həsən Zakayev mərhum Şamil Basayev və hələ də axtarışda olan Gerixan Dudayevlə birlikdə aksiyanın əsas təşkilatçısı olub. Zakayevin həbsi ilə əlaqədar olaraq 12 ildir bağlı olan “Nord-Ost” işini rusiyalı istintaqçılar yenidən araşdırmağa başlayıblar. Çeçen terrorçu Rusiya Cinayət Məcəlləsinin 5 maddəsi ilə təqsirləndirilir.

Məlumata görə, Həsən Zakayev terrorçuların istifadə etdiyi partlayıcı maddələri və “şəhid kəmər”lərini kartof yüklənən yük maşınlarında Moskvaya gətirilməsini təmin edib. 2002-ci il oktyabrın 22-də “Nord-Ost” teatrında 900 nəfər tamaşaçı 42 terrorçu tərəfindən girov götürülüb. Oktyabrın 26-sı səhər təşkil edilən hücum zamanı bütün terrorçular və daha 130 girov həlak olmuşdu.    
Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir