Modern.az

Ukraynada döyüşən “kadırovçular”la rus yaraqlıları pul davası edirlər

Ukraynada döyüşən “kadırovçular”la rus yaraqlıları pul davası edirlər

17 Dekabr 2014, 12:38



Ukraynanın Şərqində döyüşən Rusiya muzdluları bunun müqabilində rus rublu, “kadırovçular” kimi tanınan çeçen yaraqlıları isə dollarla mükafatlandırılırlar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhz buna görə hər iki terrorçu qruplaşma arasında qarşıdurma yaranıb. Rusiyadan olan muzdlular rublun məzənnəsinin sürətlə aşağı düşməsi səbəbindən döyüşdüklərinə görə aldıqları pulun dollarla verilməsini istəyirlər.

Ukrayna xarici kəşfiyyatının keçmiş rəhbəri Nikolay Malomuj isə qeyd edib ki, çeçen yaraqlıları Ukraynada ayda min dollar alırlar.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?