Modern.az

2014-cü ildə vəfat edən DÜNYA MƏŞHURLARI - SİYAHI

2014-cü ildə vəfat edən DÜNYA MƏŞHURLARI - SİYAHI

17 Dekabr 2014, 12:56

Modern.az saytı 2014-cü ildə vəfat etmiş dünya məşhurlarının bir qismini xatırladır.

Yola salmağa hazırlaşdığımız ilin əvvəllərində İsrailin baş naziri Ariel  Şaron 85 yaşında vəfat etdi. Onun ölümü çoxdan gözlənilirdi. Şaron hələ 4 yanvar 2006-cı ildə beyin qanaması keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, həmin tarixdən sonra heç zaman öz şüurunu geri qaytara bilmədi. 8 illik komadan sonra 2014-cü ilin 14 yanvarında vəfat etdi. Bir neçə qırğının səbəbkarı hesab edilən Şaronu dünya siyasi tarixi hələ çox yad edəcək.

Gürcüstan Respublikasının sabiq prezidenti Eduard Şevardnadze də 2014-cu ildə həyata vida deyən siyasətçilərdəndir. Vaxtilə Gürcüstan KP MK-ın birinci katibi, SSRİ-in xarici işlər naziri kimi vəzifələrdə çalışan Şevardnadze 7 iyul tarixində dünyasını dəyişdi. 1995-ci ildən 2003-cü ildə qədər Gürcüstan prezidenti olan Eduard Şevardnadze elə öz yaşadığı evin bağçasında dəfn edilib.

Dünya ədəbiyyatına “Yüz illin tənhalığı”, “Patriarxın payızı” kimi şedevr əsərlər bəxş edən Nobel mükafatlı Kolumbiya yazıçısı  Qabriel Qarsiya Markesin vəfatı da 2014-cü ilə təsadüf edir. 1982-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçı 2014-cü ilin 17 aprel günündə Meksikanın paytaxtı Mexikoda dünyasını dəyişdi. Onun öldüyü gün ölkəsi Kolumbiyada 3 günlük matəm élan edildi. Bir çox dövlətlərin başçıları və rəsmiləri Kolumbiya prezidentinə və xalqına başsağlığı yolladılar.

2014-cü ilin ən səs-küylü ölüm hadisələrindən biri də Amerika aktyoru Robert Uliyamsın adı ilə bağlıdır. Daha dəqiq desək, məşhur aktyor özünü asmaqla bütün dünya mətbuatında səs-küy yarada bildi. Uzun müddət məşhur aktyorun intihar səbəbi gizli saxlanıldı. Sonradan onun depresiyyaya düşməsi, 30 milyon dollara yaxın pul itirməsi kimi faktlar ölümünə əsas səbəb kimi göstərildi.

Dünya futbolunun məşhurlarından olan portuqaliyalı Eysebionun da ölümü 2014-ci ildə baş verdi. “Qara pantera” ləqəbli hücumçu 2014-cü il 25 yanvar tarixində 71 yaşında vəfat etdi. Eysebio iki dəfə “Qızıl buts”, bir dəfə isə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Dünya futbolunun başqa bir əfsanələrindən olan Luis Araqones də bu ilin itkiləri sırasındadır. İstər hücumçu, istərsə də məşqçi kimi İspaniya futbolunu dünyadan tanıdanlardan olan Araqones fevralın 1-də 76 yaşında vəfat etdi. Qeyd edək ki, o, 2008-ci ildə tarixində ilk dəfə  olaraq İspaniyanı Avropa çempionu edə bilmişdi.

86 yaşlı Belçika kraliçası Fabiola da bu il dünyaya vida etdi. İspan əsilli kraliça dekabrın 5-də dünyasını dəyişdi.

Polşa Respublikasının ilk prezidenti, ordu generalı Voyçex Yaruzelski yola salacağımız ilin 25 may tarixində dünyasını dəyişdi. Həyatını Polşaya həsr edən sabiq prezidentin vəfat edərkən 91 yaşı var idi. Voyçex Yaruzelski 1981-ci ildə Lex Valensanın “Solidarnost” təşkilatı inqilaba qalxanda Polşada hərbi vəziyyət elan etməklə hakimiyyəti ələ alıb, 1990-cı ildə isə siyasətdən birdəfəlik çəkilib. 

5 dəfə Oskar mükfatı laureatı olan Pol Mazurski 2014-cü ilin 30 iyununda dünyasını dəyişdi. O, dünyada məşhur “Aleks möcüzələr ölkəsində”, “Subay qadın”, “Qorxu və şəhvət”, “Mağazada səhnələr” filmlərinə rejissorluq edib.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?