Modern.az

"“Anti-korrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” layihəsi icra olunur

"“Anti-korrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” layihəsi icra olunur

Təhsil

20 Avqust 2010, 11:34

“Konstitusiya” Araşdırmalar Fondu Korrupsiyaya qarşı mübarizə aləti kimi qanunverciliyin anti-korrupsion ekspertizasının aparılması məqsədi ilə ““Anti-korrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” layihəsinin icrasına başlayib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Fonddan verilən məlumata görə, layihənin əsas məqsədi korrupsiyaya qarşı mübarizə aləti kimi qanunverciliyin anti-korrupsion ekspertizasının aparılmasının qaunla nizamlanması ““Anti-korrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” və onun ictimai vəkillik kampaniyasının aparılmasıdır.

"Dünya təcrübəsinə baxdıqda  görə bilərik ki, korrupsiyaya qarşı mübarizə aparılması məqsədi ilə yeni alətlər işlənilib hazırlanır, bunlar arasında ən böyük səmərə və effektivliyə malik olan alət normativ-hüquqi aktların və qanun layihələrinin anti-korrupsion ekspertizasıdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Stategiya” və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında  da qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə normativ hüquqi aktların və onların layihələrinin korrupsiyaya qarşı mübarizə nöqteyi nəzərindən müvafiq ekspertizasının həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 22  İyun 2009-cu il Fərmanının 9-cu bəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bir ay müddətində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydası haqqında müvafiq layihəni təqdim edilməsi tapşırılıb.

Normativ hüquqi aktların qəbulu mərhələsində korrupsiyaya yol aça biləcək halların aşkar edilməsi və aradan qaldırılması korrupsiyanın qarşısının alınmasına, həmçinin icraedici  və yerli idarəetmə orqanlarında çalışanların fəaliyyətində korrupsiya hallarının yaranmaması və onların fəaliyyətinin təkmilləşməsi və nəticə etibarı ilə isə vətəndaşların hüquq və azadlıqlarının pozulmasının qarşının alınmasına şərait yaradır. Beynəlxalq təcrübəyə nəzər saldıqda qanunvericiliyin anti-korrupsion ekspertizasının qanun ilə nizamlandığını görə bilərik. Bütün bunları nəzərə alaraq  məhz bu layihənin həyata keçirilməsi dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının korrupsiyaya qarşı mübarizə səylərinə və nəzərəçarpacaq irəliləyişlərin əldə olunması işinə əhəmiyyətli töhfə olacaq". 

Layihə çərçivəsində tanınmış ekspertlər tərəfindən qanunvericiliyin antikorrupsion ekspertizası sahəsində mövcud olan beynəlxalq təcrübə öyrəniləcək. Ən yaxşı beynəlxalq təcrübə əsasında Azərbaycanda tətbiq edilə biləcək “Anti-korrupsion ekspertiza haqqında” qanun layihəsi və onun tətbiqi mexanizmi hazırlanacaq. Eynı zamanda  qanun layihəsinin ictimai müzakirəsi keçiriləcək. Müzakirəyə dövlət orqanları nümayəndələri, yerli və beynəlxalq təşkilatların nümayəndələri və KİV nümayəndələri dəvət ediləcək. Həyata keçirilən layihə və hazırlanmış qanun layihəsi haqqında davamlı olaraq müxtəlif yazılı və elektron mətbuatda press-relizlər, mətbuat üçün açıqlamalar yerləşdiriləcək.

Layihənin sonunda layihənin nəticələrinin ictimaiyyətə təqdim edilməsi məqsədi ilə yekun konrans keçiriləcək. Konfransa dövlət orqanları, QHT, beynəlxalq təşkilatlar və media nümayəndələri dəvət ediləcək. Konfransda layihə çərçivəsində görülmüş işlər və hazırlanmış qanun layihəsi ictimaiyyətə geniş məlumat veriləcək, hazırlanmış “Anti-korrupsion ekspertiza haqqında” qanun layihəsi çap edilərək iştirakçılara, müxtəlif təşkilatlara və müvafiq qrumlara təqdim ediləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır