Modern.az

Media kataloqun yeni nəşri çapa hazırlanır

Media kataloqun yeni nəşri çapa hazırlanır

Qarabağ

20 Avqust 2010, 11:39

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Azərbaycan Media Katoloqu”nun yeni nəşrini çapa hazırlayır. Modern.az-a verilən məlumata görə, yeni nəşr forma və məzmununa görə, əvvəlkindən xeyli fərqlənəcək. Belə ki, bu nəşrə regionlarda çap olunan və ya  informasiya texnologiyaları vasitəsi ilə yayımlanan bütün informasiya daşıyıcıları haqqında məlumatlar daxil ediləcək. Bununla yanaşı ilkin nəşrə daxil edilən materialların zənginləşdirirlməsi, mərkəzi mətbu orqanların regional büroları haqqında məlumatların əlavə edilməsi,  həmçinin KİV sahəsində fəaliyyət göstərən QHT-lər haqqında informasiyaların yeni nəşrə daxil edilməsi nəzərdə tutulur. 
Kataloqda nəşrin  fəaliyyət  tarixi barədə qısa məlumat, baş redaktorları (rəhbərləri), və struktur bölmələri haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində  olacaq.  SAMF kollektivi materialların zənginləşdirilməsinə yardımçı olacaq hər bir media təmsilçisinə əvvəlcədən öz təşəkkürünü bildirir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır