Modern.az

Ermənilər Ağdamda hərbi təlimlərə başlayıb

Ermənilər Ağdamda hərbi təlimlərə başlayıb

20 Avqust 2010, 13:21

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Ağdam ərazisində hərbi təlimlərə başlayıb. Artileriya silahlarından açılan atəş səsləri cəbhə xəttinin 10-15 kilometrliyindən eşidilir. ANS-in məlumatına görə, təlimlər əsasən Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisində aparılır.

“Səhər saat 9 radələrindən başlayaraq bir saat ərzində partlayış səsləri daha intensiv eşidilib. Təlimlər zamanı əsasən artileriya silahları - qrad qurğuları, top və tanklardan müxtəlif hədəflərə doğru atəş açılır. Bəzi hallarda partlayışlar zamanı əmələ gələn toz və tüstünü uzaqdan da müşahidə etmək mümkündür. Bu dəqiqələrdə aparılan müşahidələr göstərir ki, qarşı tərəfdə ermənilərin texnikalarının hərəkəti də başqa günlərə nisbətən intensivləşib. Bundan əlavə hazırda təlimlərin keçirildiyi ərazidə bir neçə istiqamətdə yanğınlar da müşahidə olunur. Həmin tüstünü təqribən 10-15 km aralıdan görmək mümkündür. Bu dəqiqələrdə atəş səsləri nisbətən səngiyib. Yalnız tək-tək partlayışlar eşidilməkdədir”, - deyə ANS-in bölgə müxbiri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir