Modern.az

Putin Saakaşvilini aşağıladı, Ərdoğanı təriflədi: "Onu bit düşən adam kimi qovurlar"

Putin Saakaşvilini aşağıladı, Ərdoğanı təriflədi: "Onu bit düşən adam kimi qovurlar"

18 Dekabr 2014, 15:50


Keçirdiyi illik mətbuat konfransında Vladimir Putin köhnə düşməni, Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvilni aşağılamaqdan da çəkinməyib. Modern.az saytı Rusiya mətbuatına isitnadən xəbər verir ki, Putin sabiq prezidentin ABŞ-da iş vizası ala bilməməsinə gülüb:

“Sakaşvilini bütün ölkələrdən bit düşən adamı hamamdan qovan kimi qovurlar. ABŞ da ona iş vizası vermir”.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla isə Putin dost münasibətlərində olduğunu, amma Avropa Birliyinin buna qısqanclıqla yanaşdığını deyib:

“Mən Ərdoğana təklif edirdim ki, bəlkə əldə etdiyimiz razılaşmalar barədə açıq danlışmayaq ki, qazlar qıcıqlanmasınlar? Yoxsa, sabah üstümüzə cumacaqlar!”

Putin Avropa Birliyinin Türkiyəni də Rusiyaya qarşı sanksiyalara qoşulmağa razı salmaq istəməsinin gözlənilən olduğnu deyib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir