Modern.az

Pənah Hüseyn Sabirabaddan deputat olmaq istəməməsinin səbəbini açıqladı

Pənah Hüseyn Sabirabaddan deputat olmaq istəməməsinin səbəbini açıqladı

20 Avqust 2010, 16:05

Ötən seçkilərdə Sabirabad 63 saylı seçki dairəsində Milli Məclisə deputat seçilmiş Pənah Hüseyn bu dəfə seçimini Bakı üzərində saxlayıb. Sabirabad dairəsində kifayət qədər populyar olan AXP liderinin birdən-birə 22 saylı Nəsimi seçki dairəsinə üz tutması bir sıra suallar yaradıb. Adətən deputatlığa namizədlər özlərinin daha effektiv işlədikləri dairələrini dəyişmirlər. Bu baxımdan P.Hüseynin qərarı maraqla qarşılanb.

Modern.az-a açıqlamasında P.Hüseyn bildirdi ki, onun bu dairədən namizədliyi Azərbaycan Xalq Partiyası  və Demokratiya Uğrunda İttifaq tərəfindən irəli sürülüb. “Mən Milli Məclisdə təkcə sabirabadlıları deyil, bütün Azərbaycanı təmsil edirəm. Həm də qərara gəldik bu dəfə AXP seçkilərdə iki namizədlə iştirak etsin. Bu dəfə  Sabirabaddan AXP sədri  Qiyas Sadıqov namizədliyini verəcək. O da Sabiabadlıdır və rayonda populyardır”-deyə həmsöhbıtimiz bildirdi.
 
P.Hüseyn vurğuladı ki, seçkilərdə DUİ müstəqil blok şəklində iştirak etsə də, onun namizədliyini irəli sürdüyü 22 saylı Nəsimi seçki dairəsində Müsavat Partiyası tərəfindən dəstəklənəcək. AXCP-Müsavat seçki bloku bu dairədən namizəd irəli sürməyəcək.  Qeyd edək ki, hazirda 22 saylı Nəsimi seçki dairəsini Milli Məclisdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə təmsil edir.

Xaqani Səfəroğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır