Modern.az

Azərbaycandan 7500 nəfər Əfqanıstan müharibəsinə aparılıb, onların sayı isə indi 10 mindir

Azərbaycandan 7500 nəfər Əfqanıstan müharibəsinə aparılıb, onların sayı isə indi 10 mindir

20 Avqust 2010, 16:37

Azərbaycan Əfqanıstan Veteranları Birliyindən Modern.az saytına verilən məlumata görə, hazırda bu qurumun 10 minə yaxın üzvü var. Təşkilatdan verilən məlumata görə, SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi (o zaman buna SSRİ-nin Əfqanıstana köməyi deyirdilər- M.A) zamanı Azərbaycandan müharibəyə ümumilikdə 7500 soydaşımız aparılıb.

Maraqlıdır, belə olan halda Azərbaycan Əfqanıstan Veteranları Birliyinin 10 min nəfər üzvü hardandır?

Qurumun rəhbərliyindən deyiblər ki, SSRİ dağıldıqdan sonra Ermənistandan deportasiya olunaraq Azərbaycana gələnlər arasında xeyli Əfqanıstan veteranı var. “Digər respublikalardan da veteran olan xeyli soydaşımız Azərbaycana gəlib. Beləliklə də say artıb”-deyə ictimai birlikdən bildirilib.

Hazırda birliyin fəaliyyəti Əfqanıstan müharibəsi zamanı həlak olanlarının ailələrinə sosial sahədə yardım göstərməkdən ibarətdir.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu