Modern.az

Azərbaycanın futbol azarkeşləri üçün keçirilən müsabiqə başa çatıb

Azərbaycanın futbol azarkeşləri üçün keçirilən müsabiqə başa çatıb

20 Avqust 2010, 16:43

Bu gün bmi British Midland International (bmi) və “Qəbələ” Futbol Klubu futbol azarkeşləri üçün keçirdikləri onlayn müsabiqənin qaliblərini elan ediblər. “Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik” adlı müsabiqə bir ay əvvəl başlamışdı. Rəşad Rəsullu təklif edilən mövzu üzrə yazdığı dərin təhlilə görə birinci yerə layiq görülüb. İkinci və üçüncü yerə isə Abdulla Əlixanov və Leyla Kərimova sahib olublar.

Qaliblər bmi şirkətinin və “Qəbələ” FK-nın nümayəndələrindən ibarət jüri tərəfindən seçiliblər. Birinci yerin qalibi Londona ikiistiqamətli pulsuz bilet qazanıb. İkinci yerin sahibi həftəsonu Qəbələ Resort Otelində istirahət hüququ əldə edib, üçüncü yerin qalibinə isə bmi şirkəti və “Qəbələ” FK-dan hədiyyə verilib.

Müsabiqənin məqsədi Azərbaycanda futbol azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək üçün imkan yaratmaq idi. Müsabiqə “Qəbələ” FK-nın İnternet səhifəsi (www.gabalafc.az) vasitəsilə keçirilib. Azərbaycanlı futbol azarkeşlərinə “Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik”lə bağlı öz fikirlərini bölüşmək təklif edilmişdi. Müsabiqədə rəqabətin yüksək olmasına baxmayaraq, yalnız üç namizəd qalib gəlib.  bmi şirkəti və “Qəbələ” FK bütün iştirakçılara öz dərin təşəkkürlərini bildirirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir