Modern.az

Qorbaçov: “ATƏT dünyada təhlükəsizliyi təmin etmir”

Qorbaçov: “ATƏT dünyada təhlükəsizliyi təmin etmir”

19 Dekabr 2014, 10:19


SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçopv hesab edir ki, təhlükəsizliyə nəzarət funksiyasını yerinə yetirməli olan ATƏT bu missiyanın öhdəsindən gələ bilmir. Modern.az-ın verdiyi xəbərə görə, o, bunu RTR telekanalına açıqlamasında deyib:
“Mən deməzdim ki, mənasız təşkilatdır... Budur, indi Ukraynada çalışırlar, onların müşahidəçiləri bundan sonra da belə gedəcəklər. Söhbət başqa məsələdən gedir. Biz guya amerikalılar və avropalılarla Brestdə və Vankvuerdə hansısa təhlükəsizlikdən danışmışdıq”.

Onun fikrincə, bu təşkilata hansısa daha böyük hüquqlar vermək lazımdır ki, istənilən qüvvəni, istənilən mərhələdə dayandırsın, proses əgər təhlükəli xarakter alırsa, müdaxilə edə bilsin”.

Qorbaçovun sözlərinə görə, vahid Avropa, Avropa evi qurmaq lazımdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı