Modern.az

Dünyanın ən çox pul qazanan yazıçıları...

Dünyanın ən çox pul qazanan yazıçıları...

20 Avqust 2010, 16:57

“Forbes” jurnalı dünyada 10 ən yüksək qonorar alan yazıçıların siyahısını dərc edib. Bu nəticələrə görə 10-luqda birinci yeri Amerika yazıçısı Ceyms Patterson tutub. O, yazdığı “Və hörümçək gəldi”, ”Qızı öpərkən” romanlarına görə 70 milyon dollar qazanıb. Modern.az-ın məlumatına görə, jurnal qeyd edir ki, 2012-ci ilə qədər Pattersonun sərvəti qat-qat arta bilər. Belə ki, imzaladığı yeni bahalı müqavilələrə görə, populyar triller müəllifi iki il ərzində 11 kitab böyüklər üçün, 6 kitab isə uşaqlar üçün qələmə almalıdı.

Pattersondan sonra ikinci yeri “Alatoranlıq” silisilə vampir romanlarına görə Stefani Mayerə verilib. Bu roman ona dünya şöhrəti gətirib. Mayerin romanı dünyanın 30-dan artıq dilinə tərcümə edilib. Bu kitabların tirajı getdikcə artır. Dünyada artıq Mayerin yazdığı romanların 100 milyon nüsxəsi satılıb. Bir il ərzində xanım Stefani 40 milyon dollar qazanıb.

“Üçlüyü” yazıcı Stiven Kinq tamamlayır. Onun gəliri 34 milyon dollar olub.  Bu pulun 8 milyonu o, əvvələr yazdığı əsərlərindən qazanıb. Yazıçının sonuncu romanı olan “Günbəz altında” kitabı 2009-cu ilin noyabrında çıxıb və 600 min tirajla yayılıb.

 “Forbes”-in 10-luğu belədir:

1. Ceyms Patterson -70 milyon dollar

2. Stefani Mayer – 40 milyon dollar

3. Stiven Kinq- 34 milyon

4. Daniela Stil – 32 milyon

5. Ken Follet – 20 milyon

7. Canet İvanoviç – 17 milyon

8. Con Qrişem – 15 milyon

9. Nikolos Spraks – 14 milyon

10. Con Roulinq -10 milyon

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir