Modern.az

Mübariz İbrahimov haqqında filmin hazırlığı başa çatıb

Mübariz İbrahimov haqqında filmin hazırlığı başa çatıb

Təhsil

20 Avqust 2010, 17:28

İctimai TV-nin «Carçıfilm» Yaradıcılıq Birliyi Azərbaycanın Milli Qəhrəmanı gizir Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs edən sənədli film üzərində işi başa çatdırıb.

Modern.az-ın məlumatına görə, filmin çəkilişləri qəhrəman gizirin xidmət etdiyi hərbi hissədə, onun doğulub boya-başa çatdığı Biləsuvar rayonunda aparılıb. Valideynləri və hərbçi dostları Vətən uğrunda həyatını qurban vermiş şəhid haqqında maraqlı xatirələr danışıblar.

Filmdə aktyorların ifasında döyüş səhnələri canlandırılıb ki, bu da Mübarizin hünər və şücaəti barədə tamaşaçıda aydın təsəvvür yaratmağa xidmət edir.

İctimai TV-nin rəhbərliyinin təşəbbüsü və Müdafiə Nazirliyinin dəstəyi ilə  qısa bir vaxtda çəkilmiş filmin ssenari müəllifi tanınmış telejurnalist Müsəllim Həsənov, rejissoru Rövşən Hüseynovdur.

Filmin avqustun 23-də nümayiş etdirilməsi nəzərdə tutulur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır