Modern.az

İndiyədək Azərbaycanda Həccə getmək istəyən 1400 nəfər qeydiyyatdan keçib

İndiyədək Azərbaycanda Həccə getmək istəyən 1400 nəfər qeydiyyatdan keçib

Ölkə

7 Oktyabr 2009, 13:57

Ötən illərdən fərqli olaraq bu il Azərbaycandan zəvvarları Həcc ziyarətinə yalnız Qafqaz Müsəlmanları İdarəsi aparacaq. Modern.az Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənliyə istinadən xəbər verir ki, bu il turizm şirkətlərinə müraciət edənlər Həcc ziyarətinə gedə bilməyəcəklər. "Nə qədər gec deyil, əhali oktyabrın 25-nə kimi QMİ-yə müraciət etsin"-deyə, idarənin sədr müavini bildirib.
İndiyədək 600 nəfər təyyarə, 800 nəfər avtobusla səfər etmək üçün qeydiyyatdan keçib. Azərbaycandan Həcc ziyarətinə getmək üçün 2000 nəfərlik kvota ayrılıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir