Modern.az

“Rusiya ilə Ermənistan köhnə ər-arvaddırlar”

“Rusiya ilə Ermənistan köhnə ər-arvaddırlar”

20 Avqust 2010, 18:00

Rusiya və Ermənistan müdafiə nazirlərinin avqustun 20-də imzaladığı protokol Azərbaycanda birmənalı olaraq pislənilir və Azərbaycana qarşı bir basqı kimi qiymətləndirilir.

Milli  Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc qeyd edib ki, Rusiya Ermənistana münasibətdə həmişə bu “dostluq”unu göstərib: “Rusiyanın bu gedişi Qərbə   bir mesajdır ki, Ermənistanla bağlı bütün proyektlərindən əl götürsünlər. Bilsinlər ki, Ermənistan bütünlüklə Rusiyaya məxsusdur. Digər tərəfdən, bölgə dövlətləri Rusiyadan kənar özlərinə təhlükəsizlik üçün təminat axtarmasınlar. Xüsusilə də Azərbaycan və Ermənistana bir ismarıcdır ki, düşünün, özünüzün gələcək varlığınız barədə fikirləşin. Bilirsiniz, rəsmi rəqəmlərə görə, Rusiya il ərzində 30 milyard dollarlıq silah satır. Təbii ki, gerçəklik daha böyükdür. Bütün bunlar həm də Azərbaycan və Gürcüstanı yeni və etibarlı müttəfiqlər axtarmağa sövq edəcək. Bu, NATO da ola bilər, Türkiyə də, basqa ölkələr də. Ümumilikdə isə bunlar Qərb üçün bir çağırışdır. Nəzərə alınmalıdır ki, Rusiya yetkililəri NATO-nun toplantısında bu qurumun Cənubi Qafqazdan keçə bilməyəcəyini söyləyiblər. Hər halda Rusiyanın bu addımı ciddi və təhlükəli məqamlardan xəbər verir”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev bildirib ki, Ermənistanla Rusiya köhnənin ər-arvadıdılar, burada yeni bir şey yoxdur: “Rusiya bütün zamanlarda Ermənistanı silahla tam təchiz edib. İndi Qarabağ danışıqlarının intensivləşdiyi bir zmanda Rusiyanın belə bir mövqe sərgiləməsi bir daha onu subut edir ki, nə qədər əxlaqsız olsa belə, Rusiya Ermənistanı boşamaq  fikrində deyil”.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi İctimai Birliyin sədri  Cəsur Məmmədov isə qeyd edib ki, bu müqavilə regionun, o cümlədən Azərbaycanın təhlükəsinə ciddi təhdidlər yaradır: “Bu sənəddə əksini tapan hər üç dəyişiklik, xüsüsilə də 102 saylı bazanın həm də Ermənistanın təhlükəsizliyin təminatçısı olması, eyni zamanda bu müqavilədən irəli gələrək Rusiyanın Ermənistana yeni silah-sursat növləri, xüsüsi texnika verməsi, bu muddətin 49 ilə qədər üzadılması regionun, Azərbaycanın təhlükəsizliyinə ciddi zərbədir. Növbəti 49 illik müddət məsələsi isə artıq region dövlətlərinin, o cümlədən də Azərbaycan və Gürcustanın qərbə inteqrasiyasına, hərbi siyasi prosesləri dəqiqləşdirməsinə ciddi bir zərbədir. Bu dövrdə artıq belə görünür ki, Rusiya 102 saylı bazadan Cənubi Qafqaz dölətlərinə bir pressinq vasitəsi kimi istifadə edəcək”.

Mail AGAXANOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir