Modern.az

Bir gündə 10 nəfər boğulmaqdan qurtarılıb

Bir gündə 10 nəfər boğulmaqdan qurtarılıb

21 Avqust 2010, 20:03

Fövqəladə Hallar Nazirliyinin avqustun 21-nə olan məlumatına görə, günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 9 nəfər və dənizin nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Qarabağ kanalının Yevlax rayonu, Aran qəsəbəsi ərazisindən keçən hissəsində isə batdığı ehtimal edilən 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir