Modern.az

Prezidentlərin cangüdənləri arasında münaqişə olub

Prezidentlərin cangüdənləri arasında münaqişə olub

21 Avqust 2010, 20:45

Rusiya Prezidenti Dmitri Medvedevin avqustun 20-də Ermənistana asəfəri zamanı iki dövlət başçısının mühafizəçiləri arasında ciddi münaqişə baş verib.
Ermənistanda çıxan “Qraparak” qəzetinin yazdığına görə, erməni həmkarlarının işindən narazı qalan D.Medvedevin mühafizəçiləri onları qeyri-peşəkarlıqda və işi mürəkkəbləşdirməkdə təqsirləndirib, hətta Xarici İşlər Nazirliyi vasitəsilə Ermənistana nota göndərəcəkləri ilə təhdid ediblər.
Buna baxmayaraq, Ermənistan Prezidentinin mühafizə xidmətinin təcrübəli əməkdaşları rusiyalı həmkarlarını ikitərəfli münasibətləri gərginləşdirməməyə inandıra biliblər.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar