Modern.az

Milli komanda ilə bağlı yeni xəbər: Berti Foqtsun yerinə Miroslav Blajeviç gəlir

Milli komanda ilə bağlı yeni xəbər: Berti Foqtsun yerinə Miroslav Blajeviç gəlir

Təhsil

22 Avqust 2010, 18:25

Xorvatiya mətbuatı Azərbaycan milli futbol komandası barədə sensasion məlumat yayıb.
Məlumata görə, tanınmış xorvat mütəxəssis Miroslav Blajeviç yığmamızın baş məşqçisi postunda Berti Foqtsu əvəzləyə bilər. Maraqlıdır ki, yazıda hətta AÇ-2012-nin seçmə mərhələsi üçün Blajeviçə 1,5 milyon avro təklif olunduğu da qeyd edilib. Hazırda Çinin "Şanxay Nenxua" klubunu çalışdıran 75 yaşlı baş məşqçinin təyinatı baş tutsa, bu onun İsveçrə, Xorvatiya, İran və Bosniya və Hersoqovinadan sonra rəhbərlik edəcəyi 5-ci yığma komanda olacaq.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub