Modern.az

Bitki və bioenerji ilə Hepatit B-ni tam sağaldan həkim: “Sağaltdığım xəstənin sağlam uşağı oldu” - MÜSAHİBƏ

Bitki və bioenerji ilə Hepatit B-ni tam sağaldan həkim: “Sağaltdığım xəstənin sağlam uşağı oldu” - MÜSAHİBƏ

Müsahibə

22 Dekabr 2014, 16:38


Hepatit B qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Tibb elmi, tibb mütəxəssisləri bəzi məqamlarda bu virusun törətdiyi xəstəliklər qarşısında aciz qalır. Modern.az saytının müsahibi bioenerji və bitki vasitəsilə müalicə aparan doktor Rafiq Cərullayev öz metodları ilə sözügedən xəstləliyi müalicıə edib və müsbət nəticələrə nail olub. R.Cərullayev bioenerji ilə Hepatit B-ni tam sağaltdığını deyir. Onun fikrincə, insanların xəstələnməsinin başlıca səbəbi düşüncələridir. Ətrafdakı hadisələrə olan münasibət, davranış insanda müəyyən problemlər yaradır.

Modern.az saytı təhlükəli Hepatit B virusunu fərqli üsulla tam sağalda bilən Rafiq Cərullayevlə müsahibəni təqdim edir:

- Yanıma müalicə üçün gələn pasiyentləri əvvəlcə könüllü olaraq dövlət, yaxud özəl xəstəxanalara göndərirəm. Orada müəyyən yoxlanışlardan, USM-dən keçib analiz verirlər. Sonra həmin analizin nəticələrini mənə gətirirlər. Mən də o nəticələrə uyğun olaraq müəyyən müddətdə müalicə aparırıram. Eləsi var ki, hətta Türkiyə, İranda tibbi aparatdan keçib analiz nəticələrini təqdim edir. Mən müalicəni bitirəndən sonra həmin xəstələr yenidən analizdən keçib nəticələrini bir daha təqdim edirlər. O zaman analiz cavablarının bir nüsxəsi məndə olur, digər nüsxəsi isə xəstəxanalarda. Çox ciddi bir məsələdir. Üzdə olan bir şey deyil, daxildə olan viruslardır. Hər bir insane bədənə qarşı məsuliyyəti olmadığından onun xəstəlik dərəcəsi də fərqli olur.

- Hepatit virusunun müalicəsi zamanı hansı fərqli metodlardan istifadə edirsiniz?

- Mən ümumiyyətlə,  hər dəfə müalicə apararkən çalışıram ki, o xəstəliyi yaradan səbəbləri ilk növbədə aradan qaldırım. Məsələn, insanın daxili əsəbi, nifrəti, hiddəti, mənfi emosiyaları onun qara ciyərlərinə və başqa orqanlarına təsir edir. Mən həmişə çalışıram ki, xəstəliyi yaradan səbəbləri üzə çıxarım, insanlarda həyata olan münasibəti dəyişim. Çünki xəstəliklər də hər hansı fikirlərimizin, duyğu və düşüncələrimizin yanlış tətbiq olunması nəticəsində yaranır. Biz də əvvəlcə çalışırıq ki, həmin duyğu və düşüncələrdə düzəlişlər aparaq. Əgər biz bunları düzəltsək,  xəstəliklə etdiyimiz mübarizə daha çox effekt verəcək.

Hepatitlə müalicə zamanı daha çox bitkilərdən və streslə əlaqəli hallar olanda bioenerji üsullardan  müalicə edirəm. Müalicə zamanı istifadə etdiyim bitkilər çoxdu. Bitkilərin çoxunu Almaniya və bəzi yerlərdən gətirtdirirəm. Amma bizim öz torpağımızda olan bitkilər də yox deyil. Onları da gətirilən bitkilərin üzərinə əlavə edəndə yaxşı təsir göstərir.

- Məsələn, nə kimi effektlər verir? Sağalan xəstələriniz olubmu?

- Mən müalicə zamanı istifadə etdiyim bitkiləri sonra da özümdə saxlayıram. Yalnız ona görə ki, müalicədən sonra deyə bilim ki, bax mən bu bitkilərlə müalicə aparmışam. Çünki indi insanları o qədər aldadırlar ki, onlarda az inam qalıb. Bəzi məqamlarda bitkilərlə müalicəni də qəbul etmək istəmirlər, boyun qaçırırlar. Amma bizim təbii ki, müalicədən sonra sağalan və tam razı qalan xəstələrimiz olub. Məsələn, mənim bu xəstəliyə tutulan  pasiyentim olub ki, ona uşaq doğmağa icazə verməyiblər. Amma müalicəmdən sonra uşağı oldu. Özü də çox sağlam.



- Bəs əksər həkimlər niyə ənənəvi tibbi üsullarla, xəstəxana şəraitində bu xəstəliyi müalicə edə bilmirlər?

- Hepatitin müalicəsi var. Lakin həmin müalicə dərmanlarladı. İş də orasındadır ki, bu dərmanlar güclü dərmanlardır. Odur ki, hər adam onları qəbul edə bilmir. Qəbul edəndə də əks nəticə verir. Allergiya, yaxud, müəyyən fəsadlarla nəticələnir. Odur ki, bitki vasitəsilə olan müalicə daha zərərsiz, təhlükəsiz və effektli olur. Hepatitin sağalma dərəcəsi insanın özündən asılıdır.  Özü deyərkən, konkret olaraq onun baxışlarından, həyata olan inamından, özünə verdiyi münasibətdən asılıdır. Bionergetik üsulla müalicənin əsasında da məhz bu dayanır. İnsanın öz daxili enerjisi onun sağlamlaşmasına zəmin yaradır.

- Effektli müalicə zamanı daha hansı fərqli metodlarınız var?

- Bizim müalicədə  ən üstün element odur ki, burada bizim üçün hər şey-insanın xoşbəxtliyi də,  onun həyatının özü də beynindəki düşüncədə və enerji kütləsində cəmləşib. İnsan öz düşüncəsini və enerjisini hara cəmləyirsə, oradan da müəyyən effektlər ala bilər. Bilirsiniz, indi insanlarda kəskin şəkildə enerji qıtlığı var. İndi insanlarda o qədər stress var ki… enerji qıtlığı yaşayan insan fiziki baxımdan da dözümsüz olur. Bəzən heç dərman qəbul  edə bilmir. Çünki dərmanlar da bədəndəki enerjiyə adekvat olmalıdır ki, orqanizm onu həll edə  bilsin. İnsanın bütün davranışları, həyat tərzi, düşüncələri birbaşa enerji məfhumu ilə bağlıdır. Ona görə də mən həmişə çalışıram ki, xəstələrlə oturub danışım, söhbətlşim, onlarda enerji balansını bərpa edim.

- Hepatit B və Hepatit C viruslarının hansı daha təhlükəlidir?

- Hepatit qara ciyərdə yaranan virus xəstəliyidir. İnsana qan vasitəsilə, cinsi yolla,  natəmizlikdən düşür. Tibb alimləri və həkimlər əvvəllər deyirdilər ki, C ən təhlükəlidir. Sonra isə B-ni daha təhlükəli adlandırdılar.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?