BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq qurum – ATƏT martın 21-ni öz təqvimində Beynəlxalq Novruz Günü kimi təsdiq edib. (AzərTAc)
Xatırladaq ki, fevralın 24-də BMT Baş Məclisi də “Beynəlxalq Novruz Günü” barədə qətnamə qəbul etmişdi. Qətnamədə deyilir ki, qurum martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır və üzv dövlətləri bu qədim bayram barədə məlumatın yayılmasına səy göstərməyə çağırır.
BMT-nin baş katibi Pan Gi Mun Baş Məclisin qərarı ilə bağlı bundan əvvəl yayılmış müraciətində demişdi: “Baş Məclisin Beynəlxalq Novruz Gününün tanınması barədə qərarı həmin bayramın təkcə regionlarda deyil, həm də bütün dünyada əhəmiyyətinin artdığını göstərir”.