Modern.az

Qazaxıstan prezidenti: “Stilistim yoxdur, fəhlə oğlanam”

Qazaxıstan prezidenti: “Stilistim yoxdur, fəhlə oğlanam”

22 Dekabr 2014, 17:43

Qazaxıstan prezidenti Nursultan Nazarbayev jurnalistlərlə görüşü zamanı səmimi açıqlamalar verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı prezident heç zaman stilistə müraciət etmədiyini söyləyib:

“Internetdə məni müzakirə edirdilər. Kostyumum hardandı və qalstuklarımı kim seçir? Heç kəs seçmir. Nə stilistim var, nə də kostyum seçənim. Bəzi prezidentlər bütün səfərlərində onları özləri ilə aparırlar”.

Bununla yanaşı, Nazarbayev uşaqlıqdan bütün işlərini özü gördüyünü deyir: “Sadəcə, mən uşaqlıqdan fəhlə oğlan olmuşam. Mən kəndlilərin arasından, ən aşağılardan çıxmışam. Yeri gəlmişən, əmək fəaliyyətinə metallurq kimi başlamışam. Kürək və lom əlimdə çalışmışam və məhz bu iş məni formalaşdırıb”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı